IREX Lənkəran ofisinin rəhbəri fəxri fərmanla mükafatlalndırıldı.
İREX Lənkəran İcma məlumat mərkəzinin rəhbəri Tural Məmmədzadə gənclərlə baqlı mütəmadi tədbirlər, təlimlər keçirdiyinə görə və müxtəlif problemlərin həllində yardımçı olduğuna görə Gənclər və İdman Nazirliyinin təşəbbüsu ilə fəxri fərmanla mükafatlandırıldı. Qeyd edək ki, İREX İcma Məlumat mərkəzləri ölkənin 17 regionunda fəaliyyət göstərir. Lənkəran ofisi artıq iki ildir ki yerli əhalinin istifadəsindədir. Mərkəzə ay ərzində mindən çox ziyarətçi gəlir. İREX mərkəzlərində mütəmadi olaraq əhalinin faydalana biləcəyi müxtəlif tədbirlər, təlimlər və diskusiyyalar keçirilir. Mərkəzlərdə həmçinin pulsuz ingilis dili, kompüter kursları və digər təlimlər keçirilir.
